“Beynəlxalq Aqro Biznes Forum-2024” keçiriləcək

Dövlət və özəl qurumların iştirakı ilə forum çərçivəsində aqrar sahənin gündəmində olan məsələlər müzakirə ediləcək, B2B görüşlər keçiriləcək. 

20-21 fevral tarixlərində Bakıda “Beynəlxalq Aqro Biznes Forum-2024” keçiriləcək. KOBSKA və “AGRO TV Azərbaycan”ın birgə təşkilatçılığı ilə keçiriləcək tədbirə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də dəstək göstərir.  

“Baku Marriott Hotel Boulevard”da baş tutacaq forumun məqsədi aqrar sahədə fəaliyyət göstərən KOB subyektləri arasında əməkdaşlığın gücləndirilməsi, investorların Azərbaycana cəlb olunması və şirkətlərin satış imkanlarının artırılmasıdır. 

Forum çərçivəsində dövlət rəsmilərinin çıxışları, aqrar sahədə qabaqcıl şirkətlərin və rəsmilərin iştirakı ilə təşkil olunacaq panellərdə sektorun gündəmində olan məsələlərin müzakirəsi, B2B görüşlərin və konfransın keçirilməsi planlaşdırılıb. Tədbirdə bir sıra ölkələrdən nümayəndələrin və investorların iştirakı nəzərdə tutulur. 

“Beynəlxalq Aqro Biznes Forum-2024” də iştirak etmək üçün qeydiyyatdan keçmək və elektron bilet əldə etmək lazımdır (https://ebiletstore.com/event/international-agro-business-forum). 

[xs_social_share]

Əsas məqsədimiz ümumi satış prosesini mərkəzləşdirmək, müştərilərimizə rahatlıq və çeviklik təmin etməkdir.

Faydalı linklər

Əlaqə

+994 55 646 12 54
contact@mbfruitsargo.az
Xaçmaz rayonu, Nərəcan kəndi