İndiki inkişafla biz gələcəyi təkmilləşdiririk

“MB Fruits Agro” MMC təbii meyvə, tərəvəz və quru meyvələrin satışı üzrə ixtisaslaşmışdır. Bizim əsas məqsədimiz bütün satış prosesini tam mərkəzləşdirmək və müştərilərimiz üçün rahatlıq yaratmaq və onlarla ayaqlaşmaqdır. Bazarı daima araşdıraraq rəqabətdözümlü qiymətləri təklif etmək imkanını əldə edirik. Təchizat zəncirinin hər bir səviyyəsini hərtərəfli nəzarət etməyimiz isə yüksək keyfiyyətli və təzə məhsulların təchizatına zəmanət verir. İstehsal və emal şirkəti olaraq, biz öz müştərilərimizə şəxsi ticarət markalarını, onların seçimi ilə qablaşdırmanı, dizaynlarını və istədiyi qədər məhsullarını təklif etmək imkanını yaradırıq.

Bahar meyvələri

Qışın soyuğundan sonra ilk çiçək açan meyvələrdir. Azərbaycanda yaz meyvələri bütün bölgələrində, amma, əsasən, şimal (gilənar) və cənub və qərb (çiyələk) bölgələrində yetişir. Hər birinin çəkisi 20-40 q olan “San Andreas”, “Portola”, “Viktoriya”, “Albion”, “Monterey” çiyələklərini xüsusilə vurğulamaq olar. Gilənar sortlarından isə “Ziraat 0900″ və “Napoleon” seçilir. Avropa standartlarına (HACCP, EUREPGAP) cavab verən gilənar bağlarının sayı get-gedə artmaqdadır.

Yay meyvələri

Azərbaycanda yetişdirilən yay meyvələri uzun tarixə malikdir. Sözügedən meyvələrin yetişdirilməsi üzrə zənginə təcrübəyə malik olmaqla, dogma vətənimizin, demək olar ki, bütün bölgələrində yığılır. “Elbert”, “Salami”, “UFO” şaftalı sortları və “Boston”, “Viktoriya”, “Krasnodar”, “UFO” nektarinləri, əsasən, Azərbaycanın şimal hissələrinə yetişdirilən əsas sortlardandır. Digər tərəfdən isə, daha bir yay meyvəsi Naxçıvanda yığılır ki, o da, əsasən, “Badam ərik” və “Qırmızı yanaq” olmaqla 2 yerli sortda olur.

Payız mevələri

Payız meyvələri hər il minlərlə ton məhsul gətirdiyindən Azərbaycan üçün olduqca strateji məhsul hesab olunur. Bizim komandamız bu meyvələrlə xüsusilə yaxından tanışdır. Azərbaycanda payız məhsullarının saxlama müddətini artırmağa imkan verən çoxlu sayda soyuducu anbarlar var. “Gülöyşə”, “Vələs”, “Udullu”, “Talıblı” nar sortları, “Rokko Brilliant”, “Fuyyo”, “Raund” xurmaları, “Pink Ledi”, “Qala”, “Qrani Smit”, “Qızılı”, “Red Delicious” almaları, “Santa Mariya”, “Meşə gözəlçəsi” armud sortları daha çox satılan meyvələrdəndir.

Tərəvəzlər

Tərəvəzçilik Azərbaycanın, demək olar ki, bütün hissələrində yayılmışdır və fermerlər artıq istixanalardan rahatlıqla istifadə edə bilir. Bu isə bazarda bol çeşidlərin olması deməkdir və xarici bazarlara məhsul təchizatına imkan verir. Hər il ən çox ixrac olunan 4 növ tərəvəzlərdən pomidor daha çox potensiallıdır. Əsas sortlarına “Çəhrayı Cənnət”, “Kanka Bandit”, “Teratron”, “Mojitos” və “Rally” aiddir. Amma xiyara isə, digər tərəfdən, yüksək keyfiyyətinə görə tələb olduqca çoxdur. Bundan əlavə, yenicə yığılmış tərəvəzləri hava nəqliyyatı ilə çatdırmaq mümkündür.

Quru meyvələr

Azərbaycanda quru meyvə istehsalı uzun tarixə malikdir. Şirkətimiz qurudulmuş meyvələri və əllə hazırlanan və sənaye istehsalı (xüsusilə qurudulmuş göyərti) təklif edir. Əllə hazırlanan quru meyvələr yerli insanların çoxəsrlik ənənələrinin və təcrübələriin məhsuludur. Digər tərəfdən, biz sənayedə nisbətən yeni texnologiya olan soyuq hava qurutma sistemindən istifadə edirik. Beləliklə də, məhsulun təbii inqrediyentləri və rəngi olduğu kimi qalır. Bu cür yeni sistemi, demək olar ki, bütün meyvə-tərəvəzlərdə tətbiq etmək mümkündür. Saxlama müddəti 12 ay, saxlama temperaturu isə 18-250C-dir

Çərəzlər

Bir çox qoz-fındıq məhsulları Azərbaycanda yaşayan hər bir kəs üçün rasionun ayrılmaz hissəsidir. Azərbaycanda fındıq üçün xüsusi təbii şərait mövcuddur və o, il ərzində ən çox ixrac olunan 4 məhsuldan biridir. Bütün qoz-fındıq məhsullarının Azərbaycan üçün səciyyəvi olan sortları yetişdirilir.

Niyə Biz?

fea1
Təbii məhsullar

Bizim təbii məhsullarımız, sağlamlığınız üçündür.

 
İndividual qablaşdırma

Müştərinin istəyinə əsasən  xüsusi qablaşdırmalar hazırlayırıq

 
fea3
Non-GMO

100% təbii, kimyəvi qatqı, süni boya və aromatizatorlar olmadan istehsal olunub. GMO yoxdur.